Bank Of Baku

Avropa İttifaqı üzvləri ilə “Şərq Tərəfdaşlığı” ölkələrinin birgə sammiti mayın 7-də keçiriləcək

Avropa İttifaqı üzvləri ilə “Şərq Tərəfdaşlığı” ölkələrinin birgə sammiti mayın 7-də keçiriləcək
# 19 yanvar 2009 12:13 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Avropa İttifaqı üzvlərinin “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulacaq 6 ölkə ilə birgə keçirəcəyi sammitin tarixi müəyyənləşib. APA-nın məlumatına görə, Çexiyanın xarici işlər nazirinin mətbuat katibi Mixaela Jelenkova sammitin mayın 7-də keçirilməsinin nəzərdə tutulduğunu deyib. Bununla belə tədbirini vaxtının dəyişdirilməsi də istisna edilmir. Sammitdə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı üzrə təkliflərinin qəbul olunacağı gözlənilir. Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramını Aİ ölkələri ilə Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Belarus və Moldova arasında münasibətlərin yeni müstəvidə qurulmasını nəzərdə tutur. Proqrama azad ticarət zonalarının yaradılması, böhranların idarə olunması, birgə treninqlərin keçirilməsi, viza sisteminin sadələşdirilməsi, ətraf mühitin mühafizəsi, energetika sahəsində əməkdaşlıq və s. daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR