Bank Of Baku

Yunanıstanda oğurlanmış milyonçu azadlığa buraxılıb

Yunanıstanda oğurlanmış  milyonçu azadlığa buraxılıb
# 20 yanvar 2009 08:17 (UTC +04:00)
Afina-APA. Bir həftə əvvəl naməlum şəxslər tərəfindən oğurlanmış yunan milyonçusu Periklis Panaqopulos azadlığa buraxılıb. APA-nın məlumatına görə, milyonçunun azadlığa buraxılması üçün 15 milyon avro pul ödənilib. Polisin yaydığı rəsmi açıqlamada Panaqopulosun azadlığa buraxılması üçün külli-miqdarda pul ödəndiyi barədə qeyd yoxdur. Məlumatda bildirilir ki, Panaqopulos Afina yaxınlığında tapılıb, onun olduğu yeri isə qohumları biliblər. Qeyd edək ki, yunan biznesmen yanvarın 12-də üç nəfər tərəfindən oğurlanıb. Cinayətkarlar Panaqopulosla birlikdə apardıqları sürücünü azadlığa buraxıblar. Sürücü milyonçunun azadlığa buraxılması üçün 40 milyon avro tələb olunduğunu bildirib. Yunan mətbuatı daha sonra bu rəqəmin 100 milyon avroya kimi artırıldığını qeyd edir. Periklis Panaqopulos “Attica Group” şirkətinin təsisçisidir. O, şirkətini 2007-ci ildə 300 milyon avroya sataraq biznes fəaliyyətini dondurduğunu açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR