Bank Of Baku

12 il əvvəl itkin düşmüş qadın meşədə tapılıb

12 il əvvəl itkin düşmüş qadın meşədə tapılıb
# 20 yanvar 2009 08:31 (UTC +04:00)
Bern-APA. 12 il əvvəl itkin düşmüş Almaniya vətəndaşı olan qadın Bern yaxınlığındakı meşədə tapılıb. APA-nın məlumatına görə, İsveçrə polisi meşədə yaşlı qadının yaşaması barədə məlumatı onlara turistlərin verdiyini deyib. Polisin məlumatına görə, əslən Potsdam yaxınlığındakı kəndlərdən birindən olan və 12 il əvvəl itkin düşmüş qadın qohumları ilə əlaqə saxlamaq niyyətində olmadığını bildirib. Polis meşədə brezent parçalarından düzəltdiyi sığınacaqda yaşayan qadının fiziki baxımdan normal vəziyyətdə olduğunu vurğulayır. Polisin bütün suallarını cavablandıran qadın bildirib ki, burada öz missiyasını həyata keçirmək üçün yaşayır. Lakin qadın söhbətin konkret olaraq hansı missiyadan getdiyini açıqlamayıb. Onun Bern meşələrində nə qədər vaxt keçirdiyi də məlum deyil. Polis qadına yaxın günlərdə meşəni tərk etməyi məsləhət görüb. Onun harada məskunlaşmasına Bolligen kommunasının hakimiyyət orqanları qərar verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR