Bank Of Baku

Avropa İttifaqının komissarı Lui Mişel Qəzza zolağına səfər edəcək

Avropa İttifaqının komissarı Lui Mişel Qəzza zolağına səfər edəcək
# 20 yanvar 2009 09:09 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Avropa İttifaqının inkişaf və humanitar yardım məsələləri üzrə komissarı Lui Mişel Qəzza zolağına səfər edəcək. APA-nın Brüsseldəki xüsusi müxbirinin verdiyi məlumata görə, səfər yanvarın 25-26-da gerçəkləşəcək. Komissar səfər zamanı İsrailin daxili işlər naziri Meyr Şetrit ilə görüşəcək: “Bizim əsas prioritet məqsədimiz ehtiyacı olan insanlara humanitar yardım göstərməkdir. Mənim missiyam Qəzza zolağında və İsrailin cənubunda mülki şəxslərin üzləşdiyi çətinliklərlə şəxsən tanış olmağa imkan verəcək”. Lui Mişel həmşinin Qəzza zolağında atəşkəs elan olunması qərarını alqışlayıb. Qeyd edək ki, Avropa Komissiyası 2008-ci ildə Fələstin ərazilərində böhrandan əziyyət çəkən insanlara 73 milyon avro yardım göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR