Bank Of Baku

Həbsdəki generalın qızı intihara cəhd edib

Həbsdəki generalın qızı intihara cəhd edib
# 21 yanvar 2009 08:22 (UTC +04:00)
İstanbul – APA. Terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı istintaq çərçivəsində həbs edilən istefada olan general Ləvənt Ərsözün qızı intihara cəhd edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ürəyində cərrahiyyə əməliyyat aparılan atasının taleyindən narahat olan Fulya Ərsöz əsəb sarsıntısı keçirib. Anası Müzəffər Ərsöz xəstəxanaya getdikdən sonra Jandarma Qüvvələrinə məxsus hərbi şəhərcikdə yerləşən evlərində tək qalan Fulya Ərsöz bir ovuc dərman içərək anasına telefonla aşağıdakı mesajı göndərib: “Mən artıq tükəndim. Yaşadığım hər saniyə işgəncədir. Mənim üçün üzülməyin, ağlamayın. Mən rahat öləcəyəm. Atamı sizə əmanət edirəm”. Mesajı görən M. Ərsöz jandarmaya xəbər verib. Evə daxil olan jandarmalar huşsuz vəziyyətdə olan F. Ərsözü xəstəxanaya çatdırıblar. Hazırda F. Ərsöz müalicə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR