Bank Of Baku

Erməni iş adamı İstanbulda intihara cəhd göstərib

Erməni iş adamı İstanbulda intihara cəhd göstərib
# 21 yanvar 2009 13:23 (UTC +04:00)
İstanbul – APA. Türkiyə vətəndaşı olan erməni iş adamı intihara cəhd göstərib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Sevan İncə adlı 50 yaşlı iş adamı İstanbulun Kadıköy rayonunda yerləşən erməni “Surp Takavor” kilsəsində tapançadan başına atış açaraq özünü öldürmək istəyib. Xəstəxanaya aparılan S. İncənin intihardan əvvəl son sözlərini yazdığı kağız aşkarlanıb. Kilsədə tapılan kağızda S. İncə işlərinin pozulduğunu, bu səbəblə intihara qərar verdiyini yazıb.

Qeyd edək ki, S. İncə yelkən və dəniz geyimləri istehsal edən şirkətin şərikidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR