Bank Of Baku

Haaqa tribunalı serb generalı Pavle Striqarın vaxtından əvvəl azadlığa buraxılması barədə qərar qəbul edib

Haaqa tribunalı serb generalı Pavle Striqarın vaxtından əvvəl azadlığa buraxılması barədə qərar qəbul edib
# 22 yanvar 2009 07:48 (UTC +04:00)
Belqrad-APA. Sabiq Yuqoslaviya üzrə beynəlxalq tribunalın sədri Patrik Robinson Yuqoslaviya Xalq Ordusunun generalı Pavle Struqarın vaxtından əvvəl azadlığa buraxılması haqqında xahişini təmin edib. APA-nın məlumatına görə, cəza müddəti 2012-ci ildə başa çatmalı olan general bu günlərdə azadlığa buraxılacaq. Pavle Struqar 1991-ci ildə Xorvatiyanın Dubrovnik şəhərinin mühasirəsi zamanı törədilən hərbi cinayətlərə görə həbs olunub. Məhkəmənin hökmü ilə 8 il azadlıqdan məhrum edilən Pavle Struqarın Xorvatiyada dinc sakinlərin qətlinə əmr verdiyi, talanları sanksiyalaşdırdığı təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR