Bank Of Baku

Türkiyədə “Ergenekon”la bağlı növbəti həbs dalğası həyata keçirilib – YENİLƏNİB

Türkiyədə “Ergenekon”la bağlı növbəti həbs dalğası həyata keçirilib – <font color=red> YENİLƏNİB </font>
# 22 yanvar 2009 07:55 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün səhər ölkənin 13 şəhərində - Ankara, İstanbul, Bursa, Antalya, İğdır, İsparta, Siirt, Şırnak, Hatay, Hakkari, Elazığ, Kahramanmaraş və Tokatda həyata keçirilən həbs dalğasında 26 nəfər saxlanılıb. Həbs olunanlar arasında “Metal İş” Sindikatının (həmkarlar təşkilatı) sədri Mustafa Özbək, tanınmış sosioloq, sabiq baş nazirlər Turqut Özal, Məsud Yılmaz və Nəcməddin Ərbakanın müşaviri olmuş Ərhan Göksəl, tanınmış jurnalist Ünal İnanç, “Türkməneli” Dərnəyinin sədri Savaş Avcı, Türkiyə ordusunda xüsusi təyinatlı əsgərlərə təlim verilən mərkəzdə çalışan polkovnik rütbəli hərbçi də var. Ümumilikdə 20 hərbçi və polisin həbs olunduğu xəbər verilir. Polis “Metal iş”in ofisində və bu təşkilatın maliyyələşdirdiyi, mövcud hökumətə qarşı müxalif mövqedə olan “Avrasiya” televiziyasının binasında axtarış aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR