Bank Of Baku

Doğu Pərinçək: “Abdulla Öcalana toxunan yanır”

Doğu Pərinçək: “Abdulla Öcalana toxunan yanır”
# 22 yanvar 2009 12:27 (UTC +04:00)
İstanbul – APA. Prokurorluq ittihamnaməsində terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı məhkəmə prosesinin bugünkü iclasında İşçi Partiyasının lideri, Tələt paşa Hərəkatının rəhbərlərindən biri olan Doğu Pərinçək müdafiə çıxışı edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, D. Pərinçək çıxışının əvvəlində bu günlərdə özünə qəsd etmiş polkovnik Abdulkərim Kırcanın intiharına toxunub: “Qəhrəmanları intihar edən ordu döyüş qabiliyyətini itirər. Qəhrəmanları intihar edən ölkənin məhkəməsi başqa böyük dövlətin cəza icra edən məmuruna çevrilər. Türk məhkəməsi bu gün ABŞ-ın cəza icra edən məmuruna çevrilib. İndi qəhrəmanları köpəklərə boğdururlar”. D. Pərinçək PKK terror təşkilatının lideri Abdulla Öcalana toxunan şəxslərin həbs edildiyinə diqqət çəkib: “Aponu yaxalayan polkovnik Ləvənt Göktaş içəri alınır, sonra qapalı qapılar ardında terror təşkilatının lideri ilə görüşülür. Apoya toxunan yanır. Türk Silahlı Qüvvələri hər gün futbol topu kimi təpiklənir”. D. Pərinçək Türkiyənin NATO-dan çıxmasının önəmini də vurğulayaraq bu halda PKK-nın kökünün qazınacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR