Avropa İnsan Haqları Məhkəməsi Gürcüstanın Rusiya qarşı qaldırdığı iddiaya baxacaq
26 yanvar 2009 14:01 (UTC +04:00)
Strasburq – APA. Avropa İnsan Haqları Məhkəməsi aprelin 16-da Gürcüstanın Rusiya qarşı qaldırdığı dövlətlərarası məhkəmə iddiası üzrə dinləmə keçirəcək. APA-nın məhkəmənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iddia 2006-cı il sentyabrın 27-də Tiflisdə 4 Rusiya zabitinin casusluqda ittiham olunaraq həbs edilməsindən sonra baş verən hadisələrlə bağlıdır və 2007-ci ilin martında İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi üzrə Avropa Konvensiyasının 33-cü maddəsi əsasında qaldırılıb. İddiada Rusiya gürcü immiqrantlarını ölkədən deportasiya etməklə onların hüquqlarını sistematik şəkildə pozmaqda günahlandırılır. Gürcüstan hökuməti hesab edir ki, ölkə vətəndaşlarının Rusiyadan kollektiv şəkildə deportasiyası beynəlxalq hüquq normalarına ziddir.
Avropa
Makron: Aİ-yə üzv bir çox ölkə Ukraynaya qoşun göndərmək ideyasını təsdiqləyib
16:10
2 may 2024
ABŞ səfirliyi: Gürcüstan demokratiyası risk altındadır
14:16
2 may 2024
Türkiyənin 8 vilayətində əməliyyat keçirilib, 42 nəfər saxlanılıb
12:26
2 may 2024
Tbilisidə etiraz aksiyasında yaralanmış 15 nəfər xəstəxanalara yerləşdirilib
11:19
2 may 2024