Macarıstanın baş naziri: “Bizim üçün əsas enerji mənbəyi Azərbaycandır”
26 yanvar 2009 15:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Rusiya ilə Ukrayna arasında baş vermiş qaz münaqişəsi nəticəsində zərər çəkmiş ölkələr müqavilə öhdəliklərini yerinə yetirməyənlərdən dəymiş zərərin ödənməsini tələb etməlidir”. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Macarıstanın baş naziri Ferents Dyurçan deyib. O, Budapeştdə “Nabucco” layihəsinə həsr olunmuş sammitdə bu təşəbbüslə çıxış edəcəyini bildirib. F. Dyurçanın fikrincə, qaz böhranı göstərdi ki, enerji mənbələri müxtəlif və çoxsaylı olmalıdır. Baş nazir Macarıstan üçün əsas enerji mənbəyinin Azərbaycan olduğunu vurğulayıb. “Nabucco”nun təkcə kommersiya təşəbbüsü olmadığını qeyd edən F. Dyurçan bəyan edib ki, bu layihə Avropanın müstəqilliyi ilə əlaqəlidir, ona görə də layihənin maliyyələşdirilməsi yalnız biznes məsələsi deyil.
Avropa
Borrell: İsrailin Rəfahdakı mülki şəxslərə təxliyə əmri qəbuledilməzdir
15:51
6 may 2024
Ursula von der Leyen: Çinin Rusiyaya qarşı bütün təsir imkanlarından istifadə edəcəyinə ümid edirik
15:35
6 may 2024
Almaniya XİN "Al Jazeera"nın İsraildə yayımına qadağa qoyulmasına münasibət bildirib
13:48
6 may 2024
Ursula von der Leyen: Çin və Aİ-nin təhlükəsizlik məsələsində ortaq maraqları var
13:40
6 may 2024