AŞ PA Ermənistanı səsvermə hüququndan məhrum etməmək qərarına gəlib
27 yanvar 2009 07:35 (UTC +04:00)
Strasburq-APA. Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin qapalı keçirilən iclasında Ermənistan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməməsinə qərar verilib. APA-nın məlumatına görə, Ermənistanın AŞ PA-da nümayəndə heyətinin üzvü Armen Rustamyan jurnalistlərə bildirib ki, Monitorinq Komitəsi hakimiyyətin problemləri aradan qaldırmaq üçün siyasi irad nümayiş etdirdiyini nəzərə alaraq bu ölkəyə siyasi sanksiya tətbiq etməmək qərarına gəlib. Qeyd edək ki, AŞ PA prezidenti Luis Mariya de Puç da Ermənistanın səsvermə hüququndan məhrum edilməyəcəyini bildirmişdi.
Avropa
İrakli Kobaxidze ABŞ-ın sabiq səfirini Gürcüstanda inqilab cəhdlərini dəstəkləməkdə ittiham edib
12:50
3 may 2024
Fransa və Yaponiya hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər
07:43
3 may 2024
Latviya prezidenti: “Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqları iyunda başlaya bilər”
06:47
3 may 2024
Latviya XİN başçısı: "Hazırda Rusiya NATO ölkələrini təhdid etmir"
03:26
3 may 2024