Avropa Komissiyası enerji infrastrukturunun inkişafı üçün 5 milyard avro ayırıb

Avropa Komissiyası enerji infrastrukturunun inkişafı üçün 5 milyard avro ayırıb
# 28 yanvar 2009 14:34 (UTC +04:00)
Strasburq. Aleksandr Kin – APA. Avropa Komissiyası enerji infrastrukturunun inkişafı üçün 5 milyard avro ayrılması barədə qərar qəbul edib. APA-nın Brüsseldəki xüsusi müxbirinin verdiyi məlumata görə, komissiyanın sədri Joza Manuel Barrozo bildirib ki, daha güclü Avropa yaratmağa yardımçı olmaq məqsədilə həyata keçiriləcək layihələr bəyənilib və bunun üçün 5 milyard avro xərclənməsi qərara alınıb: “Biz sonuncu qaz böhranından nəticə çıxarmalı və enerji sahəsinə ciddi sərmayə qoymalıyıq”.

Qeyd edək ki, Avropa Komissiyası “Nabucco” layihəsinin inkişafı üçün 250 milyon avro ayırmağı nəzərdə tutub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR