Davosda Rəcəb Tayyib Ərdoğanın çıxışını əngəlləmək istəyən aparıcı Türkiyə əsilli erməni imiş
30 yanvar 2009 10:39 (UTC +04:00)
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, toplantının aparıcısı, ABŞ-ın “The Washington Post” qəzetinin yazarı David İqnatius əslən türkiyəli olan Amerika ermənisidir. O, Türkiyənin Elazığ vilayətinin Harput rayonundan ABŞ-a köç etmiş ailənin övladıdır. Saxta “erməni soyqırımı”nı dəstəkləyən D. İqnatius əslən türkiyəli erməni olmasının gündəmə gətirilməsini istəmir. Çünki bu halda obyektivliyinə kölgə düşməsindən və tərəfli olduğuna dair rəy yaranmasından ehtiyatlanır.
Xatırladaq ki, Davosdakı paneldə D. İqnatius İsrail prezidenti Şimon Peresə çıxış üçün 25 dəqiqə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana isə 12 dəqiqə vaxt verib. O, Ş. Peresin sərt çıxışından sonra cavab üçün söz almaq istəyən R. T. Ərdoğana söz vermək istəməyib, Türkiyənin baş naziri danışmağa başladıqda isə əli ilə onun çiyninə toxunaraq sözünü kəsməyə çalışıb.

Avropa
Fransa və Yaponiya hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər
07:43
3 may 2024
Latviya prezidenti: “Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqları iyunda başlaya bilər”
06:47
3 may 2024
Latviya XİN başçısı: "Hazırda Rusiya NATO ölkələrini təhdid etmir"
03:26
3 may 2024
Baş nazir: "Slovakiya Ukraynaya hərbçi göndərməyəcək"
00:44
3 may 2024