Bank Of Baku

Türkiyə ordusunun Baş Qərargahı: “İsraillə münasibətlərdə milli mənafelər ön plandadır”

Türkiyə ordusunun Baş Qərargahı: “İsraillə münasibətlərdə milli mənafelər ön plandadır”
# 30 yanvar 2009 11:10 (UTC +04:00)
Ankara – APA. “İsraillə münasibətlərdə milli mənafelər ön plandadır”. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general Mətin Gürak deyib. Keçirdiyi ənənəvi həftəlik brifinqdə Davosda Türkiyə baş naziri və İsrail prezidenti arasında baş vermiş qalmaqala dair jurnalistlərin sualını cavablandıran M. Gürak bildirib ki, Türkiyənin bütün ölkələrlə ikitərəfli hərbi əməkdaşlığında yalnız milli mənafelər əsas götürülür. O, Türkiyənin İsraildən alacağı “Heron” pilotsuz kəşfiyyat təyyarəsinin alqı-satqısında problem olmadığını da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR