Bank Of Baku

AŞ PA Azərbaycanda keçiriləcək referendumu müşahidə edəcək

AŞ PA Azərbaycanda keçiriləcək referendumu müşahidə edəcək
# 30 yanvar 2009 11:32 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyası Bürosunun iclası keçirilib. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-nın Avropa bürosuna açıqlamasında iclasda Azərbaycanla bağlı məsələnin də müzakirə olunduğunu deyib. O bildirib ki, AŞ PA üzvlərindən ibarət kiçik qrupun martın 18-də keçiriləcək referendumu müşahidə etmək üçün Azərbaycana göndərilməsi qərara alınıb. Monitorinq Komitəsinin referendumla bağlı Venesiya Komissiyasından rəy istəməsinə toxunan S. Seyidov Azərbaycanın Venesiya Komissiyası ilə əməkdaşlıqdan heç vaxt imtina etmədiyini vurğulayıb. O, AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinə yeni sədrin seçilməsinin də gündəmdə olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR