Bank Of Baku

Nihat Gənc: “Ərdoğanın alnından öpürük”

Nihat Gənc: “Ərdoğanın alnından öpürük”
# 31 yanvar 2009 07:51 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə-APA. “Mənim baş nazirlə siyasi dünyagörüşüm fərqlidir. Amma dünya mediasının gözü qarşısında ölkəmizin şərəf və heysiyyatını yüksəkdə tutduğuna görə baş nazirimizin alnından öpürük. Xalqımızın müstəqilliyinin testdən keçirildiyi bu günlərdə bu cür reaksiyalara ehtiyacımız var. Bu günlərdə ölkəmizdə hüquqdan kənar işlər yaşanmasına, baş nazirin də bunların bəzilərindən xəbəri olmasına baxmayaraq, ölkəmizi heysiyyətini qoruduğuna görə biz bunları unuduruq. Türkiyənin vətəndaşı olaraq baş nazirə sayğı duyur,ona təşəkkür edirəm”. Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında bu ölkənin “ən sərt yazarı” kimi tanınmış Nihat Gənc baş nazir Rəcəb Tayyip Ərdoğanla İsrail prezidenti Şimon Peres arasında Davosda yaşanmış gərnginliyi şərh edərkən deyib.

O, bu siyasətin davam etdirilməsinin, diplomatik dildən istifadə edilməsinin gərəkmədiyini də bildirib: “Anadolunun ürəyindən keçən siyasət aparmalıyıq.Bu siyasət isə bizim Krım, Bosniya, Azərbaycanda olan qardaşlarımıza dəstəyimizdir”.

N. Gəncin sözlərinə görə, yəhudi diasporunun Ərdoğanla Şimon Peres arasındakı gərginlikdən sonra Türkiyəyə təzyiq edəcəyi gözləniləndir: “Amma məncə Türkiyə dünyadakı yəhudi və erməni lobbilərinə qarşı da sərt reaksiya göstərməlidir. Artıq Türkiyənin diplomatik dillə çatdırılan bu təhdidlərə qarşı müqavimət göstərmək üçün gücü var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR