Bank Of Baku

Litvada «kölgə hökuməti» yaradılır

Litvada «kölgə hökuməti» yaradılır
# 31 yanvar 2009 10:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. Litvanın sabiq baş naziri və sosial-demokratların lideri Gediminas Kirkilas ölkənin «kölgə nazirlər kabineti»nin yaradılması və böhranla mübarizə üzrə alternativ tədbirlərin işlənməsi barədə bəyanatla çıxış edib. APA-nın məlumatına görə, G.Kirkilas hökumətin addımlarını kəskin tənqid edərək vurğulayıb ki, bunun zəruriliyini iqtisadi vəziyyətin qeyri-düzgün qiymətləndirilməsi ilə əsaslandırır.
Sosial-demokratlar öz alternativ konsepsiyasını mart ayında Seymə təqdim etmək niyyətindədir. Lakin G.Kirkilas artıq onun bəzi məqamlarını açıqlayıb. Belə ki, müxalifət dövlət büdcəsinin tarazlaşdırılması əvəzində kiçik və orta biznesin stimullaşdırılması, o cümlədən sahibkarlara güzəştlərin təqdim edilməsi kimi məsələlərə xüsusi diqqət yetirməyi təklif edir.
Qeyd edək ki, yanvarın 16-da Vilnüsdə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən anti-böhran tədbirlərinin əleyhinə böyük mitinq keçirilib. Aksiya iştirakçıları daha sonra iğtişaşlar törədib və bunun nəticəsində onlarla insan xəsarət alıb, 150 nəfərdən artıq mitinq iştirakçısı saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR