Bank Of Baku

Türkiyənin baş naziri Tehran şəhərinin fəxri vətəndaşı elan edilib

Türkiyənin baş naziri Tehran şəhərinin fəxri vətəndaşı elan edilib
# 03 fevral 2009 07:50 (UTC +04:00)
Tehran – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İranın paytaxtı Tehran şəhərinin fəxri vətəndaşı elan edilib. APA-nın məlumatına görə, Tehran meri Məhəmməd Bağer Qalibaf Davosdakı çıxışı və İsrailin siyasətinə sərt etirazı ilə əlaqədar R. T. Ərdoğana “fəxri həmşəhrilik” adı verdiklərini açıqlayıb. O, Türkiyə baş nazirinə müraciətlə deyib: “Qüdsün işğalçıları qarşısındakı cəsur mövqeyiniz azad düşüncəli hər insanın qəlbini xoş edib. Türkiyə baş nazirinin müdafiəsiz uşaq, qadın və yaşlıların qətlə yetirilməsinə səssiz qalmayacağını vüqarlı davranışınızla göstərdiniz”.

İrandakı qeyri-hökumət və tələbə təşkilatlarının nümayəndələri isə R. T. Ərdoğana dəstək əlaməti olaraq Türkiyənin Tehrandakı səfirliyinə çələng təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR