Bank Of Baku

Çinin baş nazirinə ayaqqabı atılıb

Çinin baş nazirinə ayaqqabı atılıb
# 03 fevral 2009 09:23 (UTC +04:00)
Vaşinqton – APA. Dünyanın siyasi tarixində növbəti “ayaqqabı qalmaqalı” baş verib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Çinin baş naziri Ven Jiabao ABŞ-ın sabiq prezidenti Corc Buşun aqibətini bölüşüb. Böyük Britaniyanın Kembric Universitetində çıxış edərkən ona ayaqqabı atılıb. Gənc dinləyicilərdən biri əvvəlcə baş nazirin çıxışını qışqırıq və fit səsi ilə kəsmək istəyib. Sonra o, ayağa qalxaraq “bu, skandaldır. Universitet bir diktatorun qarşısında necə əyilə bilər?” deyərək V. Jibaoya ayaqqabı atıb. Ancaq ayaqqabı hədəfə dəyməyib. V. Jibao insidentə gülümsəməklə reaksiya verib. Təhlükəsizlik xidmətinin əməkdaşları insidenti törədən gənci zaldan çıxarıblar.

Xatırladaq ki, 2008-ci ilin dekabrında iraqlı jurnalist Müntəzər əz-Zeydi Bağdadda ABŞ prezidenti Corc Buşa ayaqqabı atmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR