Bank Of Baku

Avroparlament Rusiyanı “Nabukko”ya daxil etməyi təklif edir

Avroparlament Rusiyanı “Nabukko”ya daxil etməyi təklif edir
# 03 fevral 2009 11:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Avroparlament Rusiyanı “Nabukko” layihəsinə daxil etməyi təklif edib. APA-nın Rməlumatına görə, bu təklif Avropa Parlamentin ekspertləri tərəfindən hazırlanmış Avropa İttifaqının (Aİ) enerji siyasəti haqqında məruzəsində yer alıb. Məruzə sabah Strasburqda Avropa Parlamentin plenar sessiyasında səsverməyə çıxarılacaq. Məruzəni hazırlayan ekspertlər Xəzəryanı ölkələrin “Nabukko” kəmərini qazla təchiz etməyə hazır olduqlarına şübhə ilə yanaşır və hesab edirlər ki, bu layihəyə Rusiyanın “Cənub axını” layihəsinin rəqibi kimi baxmaq məqsədəuyğundur. Xatırladaq ki, Rusiyanın “Nabukko”ya qoşulmasına etiraz edən Avropa Komissiyasının fikrincə bu Aİ-nın Rusiyadan enerji asılılığını yalnız artıra bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR