Bank Of Baku

Ukrayna ilə Rumıniya arasında ərazi mübahisəsi Buxarestin lehinə nəticələnib

Ukrayna ilə Rumıniya arasında ərazi mübahisəsi Buxarestin lehinə nəticələnib
# 03 fevral 2009 13:09 (UTC +04:00)
Nyu-York-APA. BMT Beynəlxalq Məhkəməsi Ukrayna ilə Rumıniya arasında mübahisə obyekti olan İlan adası üzrə iş ilə əlaqədar qərar çıxarıb. APA-nın məlumatına görə, məhkəmə bu qənaətə gəlib ki, kontinental şelfin bölgüsü zamanı bu ada Ukraynanın ərazisinə daxil edilə bilməz. Məhkəmənin qərarına əsasən, ada Ukraynanın iqtisadi təsir dairəsinə daxil deyil. Qeyd edək ki, Ukrayna və Rumıniyanın İlan adası ətrafında mübahisəsi uzun illərdir davam edir. Adanın bir neçə kilometrliyində əhəmiyyətli neft yataqları aşkarlanıb. İki ölkə arasında kontinental şelfin bölgüsü adanın statusundan asılıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR