Türkiyənin tanınmış vəkili: “AKP Türkiyədə “mülayim” islam dövləti qurmaq istəyir”
- Mən “Ergenekon” prosesinə siyasi və hüquqi nöqteyi-nəzərdən baxıram. Son vaxtlar Türkiyədə siyasətin hüquq üzərindən aparılmasına başlandı. Hüquq bir növ siyasətçilərin silahı halına gətirilməyə çalışılır. Hüquqi nöteyi-nəzərdən bu, qəbul edilə bilməz. Konstitusiyamızın II maddəsində yazılıb ki, Türkiyə Cümhuriyyəti dünyəvi, sosial bir hüquq dövlətidir - bu maddə dəyişdirilə bilməz. Mən “Ergenekon” məsələsinə görə həbs edilən və ya istintaqa cəlb olunan şəxsləri 3 qrupa ayırıram:
1. Ziyalılar, jurnalistlər, universitet müəllimləri. Bunları birləşdirən ümumi cəhət hökumətə qarşı müxalif mövqedə dayanmalarıdır.
2. Yüksək rütbəli ordu mənsubları. Türkiyə tarixində heç görünməmiş şəkildə ordu generalları polis nəzarətinə alınıb həbs edildilər.
3. Mafiya və mafiyalarla əlaqəsi olan dövlət məmurları, aşağı rütbəli ordu mənsubları və polislər.
Bu həbslərlə əlaqədar hal-hazırda ictimaiyyətdə bir qorxu atmosferi yaradılıb. Türkiyədə məhkəmələrin verdiyi səlahiyyətlə hamının telefonunun dinlənidliyi ortaya çıxdı. “Ergenekon” ittihamnaməsinin təməlində duran əsas sənədlər də bu telefon danışıqlarıdır. Əlbəttə, daha sonra bəzi kağız-kuğuzlar da ələ keçdi. Ancaq generalların və ziyalıların həbsinə səbəb olan əsas motiv onların telefon danışıqları idi. Yaradılan qorxu mühiti mövcud iqtidarın öz niyyətlərini həyata keçirməsinə şərait yaradır.
Məsələnin siyasi tərəfinə baxanda ordu generallarının həbs edilməsinin türk ordusunu qorxutmaq niyyəti daşıdığını da deməliyik. Mən “Ergenekon”a eyni zamanda ABŞ-ın “Böyük Orta Şərq” layihəsi içində Türkiyə Silahlı Qüvvələrini gözdən salmağa yönəlmiş bir əməliyyat kimi də baxıram. 1996-cı ildə Susurluk qəzası baş verəndə cəmiyyətin aydınlanması üçün kütləvi etirazlar olmuşdu. “Sürəkli aydınlıq üçün bir dəqiqə qaranlıq” deyən vətəndaşlarımız hər axşam işıqlarını 1 dəqiqə söndürürdü. Məncə, ziyalıların və generalların həbs edilməsini ört-basdır etmək üçün bu prosesi Susurlukla əlaqələndirməyə çalışırlar. Bundan ciddi bir nəticə əldə ediləcəyinə inanmıram. “Ergenekon” prosesinin Türkiyədə qaranlıq münasibətləri aydınlaşdıracağına inamım azdır.
- Ordu generallarının həbsinə diqqəti cəlb etdiniz. 8 aydır ki, həbsdə olmalarına baxmayaraq, onlar barədə ittihamnamə hələ hazır deyil. Sizcə, ikinci ittihamnamədə çevriliş iddiaları yer alacaqmı?
- Həbsləri dəstəkləyənlər deyirlər ki, hökumətə qarşı çevriliş olacaqdı, biz bunu aydınlaşdırırıq. Elə isə bunu nə ilə sübut edə bilərsiniz? “Çevriliş” hazırlıqlarına dair gündəliklər. Keçmiş Dəniz Qüvvələri komandanı Özdən Örnəkin “çevriliş gündəlikləri” yazdığı iddia edilsə də, indiyə qədər sabiq komandanın adı heç bir ittihamnamədə çəkilməyib. Mediadan oxuduğumza görə, Ö. Örnəkin ailəsi ilə hökumət arasında isti münasibətlər var. Türkiyə Cümhuriyyətinin Konstitusiyasına zidd şəkildə həyata keçirilmək istənilən “Mülayim islam dövləti” layihəsinə qarşı çıxan ən önəmli qüvvə türk ordusu olduğundan mən bu dedi-qoduların hamısının silahlı qüvvələrimizi zəiflətmək üçün aparılan kampaniya olduğuna inanıram. Konstitusiyamızın 90-cı maddəsinə görə, biz beynəlxalq hüquq normalarını daxili hüququmuzun norması kimi qəbul etmişik. Ancaq “Ergenekon”da bu prinsiplərin dəfələrlə ciddi şəkildə pozulduğunu gördük. İstanbul, Ankara, İzmir vəkillər kollegiyaları və Türkiyə Vəkillər Kollegiyaları Birliyi buna dəfələrlə etiraz edib. Bundan əlavə, Hakimlər və Prokurorlar Fondu öz etirazını ortaya qoyub. Hətta prezident Gül cəmiyyətdən gələn sərt reaksiyalara uyğun olaraq qanunvericilik, icra və məhkəmə orqanlarının başçıları ilə iclas keçirdi. Ən ibtidai dövlətlərdə də insanlara nədə ittiham olunduqlarını söyləmədən onları 1 il həbsdə saxlamaq mümkün deyil. Təəssüf ki, indi Türkiyədə bu yaşanır. İstanbul və Ankara vəkillər kollegiyalarının bəyanatları nəticəsində xəstə olan bir ordu generalını hospitala göndərdilər. Mediada kimlərin həbs ediləcəyinə dair siyahı çıxırdı, sonra polis o siyahıda adı olanları nəzarətə alırıdı. Bilmək olmur ki, bu prosesi polis aparır, yoxsa iş prokurorluğun nəzarətindədir. Bilirsiniz ki, hər yerdə polis prokurorun təlimatı olmadan heç bir iş görə bilməz. Belə təsəvvür yaranır ki, Türkiyədə hər şeyi polis hazırlayır, prokuror sadəcə, sənədlərin altına qol çəkir. İş o yerə çatdı ki, prokurorun hər hansı şəxs barədə sanksiya verməsi onun “günahkar” olmasına kifayət etdi.
- Bəzi media orqanları prokurorun funksiyasını yerinə yetirir.
- Burada “hüququ kim müdafiə edir” sualı ortaya çıxır. Hüquq sülh və əmin-amanlıq deməkdir cəmiyyət üçün. Ona görə də hüququ ilk növbədə cəmiyyət müdafiə etməlidir. Mən “Ergenekon”un bir faydasını da gördüm ki, bu da cəmiyyətdə hüququn əhəmiyyətinin başa düşülməsi oldu. İndi Türkiyədə hamı hüququ müzakirə edir, ancaq müzakirələri tərəfdarlığa çevirsəniz, onda hüquq və cəmiyyət zərər görəcək. Hüquq sahəsində, xüsusilə hakim və prokurorların vəzifəyə təyin edilməsi prosedurunda nöqsanlar var. Belə ki, hakim və prokurorları təyin edən Ali Şuraya ədliyyə naziri və nazirliyin icra aparatının rəhbəri də daxildir. Şura üzvlərinin toplantıların gündəmini müəyyənləşdirmək səlahiyyəti yoxdur. Nazirliyin tabeliyində olan bu şuranın müstəqil qərarlar verməsi çətindir. Ona görə də vəkillər kollegiyaları Türkiyədə hüququ müdafiə edən əsas qurumlar olur. Pakistanda Konstitusiya Məhkəməsinin sədrinə haqsızlıq edən prezident Prəviz Müşərrəf istefa vermək məcburiyyətində qaldı. Mən Pakistandakı vəkil və hüquqşünasların Türkiyəyə örnək olmasını diləyirəm. “Ergenekon”un bizi gətirdiyi nöqtə Türkiyədə hüquq qaydalarının düzgün yerinə yetirilməməsi oldu.
- Sizcə, Türkiyədə hüquq qurumları niyə mübahisə obyektinə çevrildi? Bu, vətəndaşların hüquq orqanlarına inamını sarsıtmazmı?
- Türkiyədə “mülayim” islam dövləti yaratmaq istəyən AKP Konstitusiyamızın dəyişməz maddələrini əngəl kimi görür. Türkiyə cümhuriyyətinin təməli dünyəvilikdir, çünki bizdə fərqli demoqrafik strukturda insan qrupları mövcuddur. Ona görə də Atatürk cümhuriyyəti quranda dünyəviliyi təməl prinsip kimi qəbul etmişdi. Buna heç toxunmamaq lazımdır. Bizdə Kosntitusiya Məhkəməsi TBMM-nin qərarlarını təftiş edir, Konstitusiyamızı əsas götürərək hökm verir. İndi AKP-nin Konstitusiya Məhkəməsinin sturukturunu dəyişdirəcəyinə dair iddialar var. Türkiyə Silahlı Qüvvələrinin daxili xidmət qanununa əsasən ordumuz həm cümhuriyyəti, həm də dünyəviliyi qoruyur. Daxili xidmət qanununun 35-ci maddəsi dəyişdirilmədiyinə görə qüvvədə olan maddənin orduya verdiyi səlahiyyət də qüvvədədir. Mustafa Kamal Atatürk cümhuriyyətimizi qurandan sonra hərbi formasını çıxararaq siyasətçi kimi fəaliyyət göstərsə də, ordu həmişə cümhuriyyətimizin əsas dəyərlərinin qoruyucusu olub.
- Buraya xalqın orduya olan sevgi və güvənini də əlavə edə bilərik.
- Son vaxtlar məhkəmə orqanlarının təzyiq altına alınması prosesi gedir. AKP öz məqsədinə çatmaq üçün məhkəmə qurumlarımızı passivləşdirməyə, oraya öz adamlarını yerləşdirməyə çalışır ki, önündəki əngəllərdən birini aradan qaldırsın.
- Sizcə, bunu bacara biləcəklərmi?
- Cümhuriyyətin qazandığı dəyərləri qorumaqda təkid edənlərlə Türkiyə Cümhuriyyətinin xarakterini dəyişdirməyə çalışanlar arasında mübarizə gedir. Bu mübarizə cəmiyyəti iki yerə bölüb. Cümhuriyyəti qorumaq istəyənlərlə “mülayim islam”ı Türkiyəyə yerləşdirmək istəyənlər arasındakı mübarizə su üzünə çıxıb. Bunun nəticəsini birlikdə görəcəyik. “Ergenekon” da bu çərçivədə aparılan bir prosesin adıdır. Kaş ki, dövlət öz içində kök salmış mafiya qruplarından təmizlənə bilsin. Mən dövlətin qaranlıq qüvvələrdən təmizlənməsi məqsədilə aparıldığı iddia edilən “Ergenekon” əməliyyatının fiasko ilə nəticələnəcəyinə inanıram.
Avropa
Kiyevdə poçt terminalında bağlama partlayıb, ölən və yaralananlar var - YENİLƏNİB
AEBA Zaporojye AES-ə gedən elektrik xəttinin təmiri üçün lokal atəşkəsə nail olub
Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib
Azərbaycan BMT-də Gürcüstanla bağlı qətnaməni növbəti dəfə dəstəkləyib
Xəbər Lenti
Ağdam Sosial Xidmət Mərkəzində 100-dən çox şəxs qayğı ilə əhatə olunub
Quterreş 1,5°C-dən çox temperatur həddinin aşılması ilə bağlı xəbərdarlıq edib
Prezident İlham Əliyev Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb - YENİLƏNİB
BMT rəsmisi Azərbaycanın iqlim sahəsində töhfələrini yüksək qiymətləndirib
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək
Overçuk Aİ-nin Ermənistana 50 milyon avroluq yardımının heç nəyi həll etməyəcəyini bildirib
İcraçı direktor: Xəzər dənizinin səviyyəsinin azalması kimi problemlər yaşanır
Nazir: Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır
Gələn il Serbiya Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
Nazir: Xəzər dənizinin səviyyəsinin azalmasını beynəlxalq gündəliyə çıxarmağa çalışırıq
Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzinin xidmət səviyyəsi 92 faizi keçib
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir
Nazir: 2030-cu ilə qədər bərpaolunan enerjinin payının 30 %-ə çatıdırlması hədəflənib
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib
Dövlət Agentliyi "Azərişıq" barəsində iş qaldırıb, icrası məcburi göstəriş verib
Azərbaycanda işsizlikdən sığorta üzrə daxilolmalar 100 mln. manatı ötüb
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
Bu il dövlət büdcəsinə 8 mlrd. manata yaxın vergi daxil olub
Kiyevdə poçt terminalında bağlama partlayıb, ölən və yaralananlar var - YENİLƏNİB
Heydər Əliyev Mərkəzində Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbir keçirilir
Bəzi yerlərdə şimşək çaxıb, dolu düşüb - FAKTİKİ HAVA
Dövlət büdcəsindən 5 ayda vətəndaşlara və biznesə 122 mln. manat geri qaytarılıb
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq
Qanunsuz saxlanılan silahlar aşkar olunub
Dövlət Agentliyinin beynəlxalq sertifikatı yenilənib
Bakıda Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti keçiriləcək
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk iclası başlayıb
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
Gürcü nazir müavini: Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında əlaqələri daha da dərinləşdirəcək
Dünya Bankı: Ötən ay Avropa və ABŞ-da təbii qaz bahalaşıb
Dünya Bankı may ayı üzrə neftin orta qiymətləri üzrə göstəriciləri açıqlayıb
AEBA Zaporojye AES-ə gedən elektrik xəttinin təmiri üçün lokal atəşkəsə nail olub
Gabala Hospitality Group və Orlov Banya Qəbələdə ilk premium SPA və sağlamlıq konseptinin yaradılması üçün əməkdaşlığa başlayır - FOTO - VİDEO
Qubada “Türk Dövlətləri Təşkilatı Modeli 2026” beynəlxalq gənclər düşərgəsi keçirilib
Prezident İlham Əliyev Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik edib
Rusiyada yol qəzasında 5 nəfər ölüb, 5 nəfər yaralanıb
Azərbaycan nefti 100 dollardan yuxarı səviyyədə ticarət olunur
Qəbul imtahanı üzrə indiyə qədər 28 minə yaxın abituriyent qeydiyyatdan keçib
Bu günün valyuta məzənnələri
Göyçayda 9 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Qızıl və gümüş yenidən ucuzlaşıb
Dünya bazarlarında neftin qiyməti artıb
"NYMEX" əmtəə birjasında təbii qaz bahalaşıb
Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 63 min dollardan aşağı enib
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri