Bank Of Baku

Türkiyənin təhsil nazirinə ayaqqabı atıblar

Türkiyənin təhsil nazirinə ayaqqabı atıblar
# 04 fevral 2009 13:53 (UTC +04:00)
Van – APA. Türkiyənin təhsil naziri Hüseyn Çelikə ayaqqabı atıblar. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, H. Çelik üzvü olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) Van bölgəsindəki bələdiyyələrin sədrliklərinə namizədlərini tanıtmaq üçün bu bölgəyə gedib. Toplantıda Çətin İşıq adlı yerli sakin nazirə ayaqqabı atmağa cəhd göstərib. Amma polis əməkdaşlarından biri operativ şəkildə müdaxilə edərək onu əngəlləyə bilib. Ayaqqabı nazirə çatmadan yerə düşüb. Ç. İşıq polis bölməsinə aparılıb. Onun inzibati qaydada cəzalandırılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR