Bank Of Baku

İsrail səfirinə ayaqqabı atılıb

İsrail səfirinə ayaqqabı atılıb
# 05 fevral 2009 13:48 (UTC +04:00)
Stokholm – APA. Stokholm Universitetində çıxış edən İsrailin İsveçdəki səfiri Benni Daqana ayaqqabı atılıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, səfirin çıxışı zamanı 25 yaşlı qadın və 35 yaşlı kişi ona bir cüt “Nike” markalı idman ayaqqabısı və 2 ədəd kitab ataraq diplomatın ünvanına təhqirlər səsləndiriblər. Ancaq ayaqqabılar və kitablar hədəfə dəyməyib və B. Daqan çıxışına davam edib. Polis insidenti törədənləri zaldan çıxarıb və dindirdikdən sonra sərbəst buraxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR