Bank Of Baku

Britaniya vətəndaşı kəlbətinlə 13 dişini çıxarıb - FOTO

Britaniya vətəndaşı kəlbətinlə 13 dişini çıxarıb - <font color=red>FOTO</font>
# 05 fevral 2009 14:44 (UTC +04:00)
London-APA. 42 yaşlı britaniyalı Yan Boynton dövlət hesabına stomatoloji xidmətdən məhrum olduğuna görə, kəlbətinlə 13 dişini çıxarıb. APA-nın məlumatına görə, İraq müharibəsinin veteranı olan Boynton sonuncu dəfə dişlərini 2003-cü ildə hərbi stomatoloqa müalicə etdirib. 2001-ci ildən başlayaraq Milli Səhiyyə Xidmətinin xətti ilə dişlərini pulsuz müalicə etdirmək üçün 30 stomatoloqa müraciət edən Boyntonun cəhdləri nəticəsiz qalıb. 2006-cı ildə əli hər yerdən üzülən britaniyalı kəlbətinlə ağrıyan dişlərini çıxarıb. Bu müdaxilə təhlükəsiz olduğuna inandıqdan sonra Boynton növbəti illər ərzində ümumilikdə 13 dişini kəlbətinlə çıxarıb. Bu əhvalata mətbuata çıxdıqdan sonra bir stomatoloq Boyntonun dişlərini pulsuz müalicə etməyə razılıq verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR