Aytunç Altındal: “Davosadakı demarş Tayyib Ərdoğanın tamamilə daxili siyasətə yönəlmiş bir manevridir”
- Əgər Davosu nəzərdə tutursunuzsa, orada qeyri-adi heç nə yoxdur. Həmin toplantıda Tayyib Ərdoğana hörmətsizlik edildi, o da lazım olan reaksiyanı göstərdi. Şimon Peres yəhudilərin həmişə məzlum durumunda qaldığına görə sanki uşaqları öldürərək bu məzlumluğun yaratdığı psixoloji travmanı aradan qaldırdıqlarını ifadə etməyə çalışırdı. Ancaq burada diqqəti cəlb edən bir məsələ var – yəhudilər özlərini məzlum kimi göstərirlər, ancaq indiyə qədər erməni və PKK terrorundan Türkiyənin çəkdiyi zülm barədə bir dəfə də olsun açıqlama verməyiblər. Tayyib Ərdoğan da həmişə məzlum rolunu yaxşı oynamış bir adamdır. Ancaq o gördü ki, qarşısında məzlum rolunu ondan da yaxşı oynayan bir Şimon Peres var. Tayyib Ərdoğandan bir diplomat davranışı gözləmək lazım deyil. O, belə bir reaksiya göstərdi. Ancaq işin bundan sonrası önəmlidir. Tayyib bəy bundan sonra eyni reaksiyanı Sarkoziyə göstərə biləcəkmi? Fransada Türkiyə əleyhinə fəaliyyət göstərən erməni təşkilatları var, orada “soyqırım olmayıb” deyənləri həbs etdirmək üçün qanun qəbul olunub. Tayyib bəy daha sonra Almaniyanın federal kansleri Merkelə reaksiya göstərə biləcəkmi? Bərzaniyə reaksiya göstərə biləcəkmi? Azərbaycanda minlərlə türkü öldürən Ermənistana reaksiya göstərə biləcəkmi? Konstitusiyaya əsasən Türkiyə dünyəvi dövlətdir. Konstitusiya Məhkəməmiz AKP-ni “dünyəviliyə qarşı fəaliyyətlərin mərkəzi” halına gəldiyinə görə cəzalandırıb. HAMAS da şəriət rejimi istəyir. Şəriətçi Səudiyyə Ərəbistanı isə dünyəvi Fələstin Azadlıq Təşkilatını dəstəkləyir. Əgər Orta Şərqdə HAMAS üzərindən siyasət aparılacaqsa, onda HAMAS-la FAT-ı birləşdirmək lazım gələcək. HAMAS deyir ki, biz İsrailin varlığını qəbul etmirik, FAT isə qəbul edir. Əgər Tayyib Ərdoğan İsrailin dövlət kimi varlığını HAMAS-a qəbul etdirə bilərsə, onun Orta Şərqdəki təşəbbuslərinin bir mənası olacaq. Yoxsa bu təşəbbüslər bumeranq təsiri yarada bilər. Tayyib Ərdoğan böyük bir risklə qarşı-qarşıyadır. Onun bu işin altından qalxa bilməsi üçün ilk növbədə HAMAS-ı razı salması lazımdır ki, buna da İran imkan verməz. Bu siyasətin bataqlığa girəcəyini görəcəyik. Davosadakı demarş Tayyib Ərdoğanın tamamilə daxili siyasətə yönəlmiş bir manevridir. Tayyib bəy o anda siyasi cəhətdən düzgün olan addımı atsa da, önümüzdəki 2-3 ayda bunun davamının gəlməməsi durumunda bu siyasətin bumeranq təsiriylə ona qarşı çevrilə biləcəyini görəcəyik.
- İlyarımdır ölkəni sarsıdan bir “Eregenekon” məsələsi var. Bununla bağlı fikirlərinizi öyrənə bilərikmi?
- “Ergenekon” adlı bir təşkilatın olmadığını Türkiyənin sirlərini bilən hərbi və mülki şəxslərin hamısı bilir. “Ergenekon” tamamilə siyasi əməliyyatdır. AKP-yə müxalif olan ziyalıların cəzalandırılması bunu göstərir. Məncə, AKP-ni çəti vəziyyətdə qoyan Almaniyadakı “Dəniz Fənəri” işi davam etdiyi müddətcə “Ergenekon” prosesi də davam edəcək. Ondan sonra işlər tərsinə dönəcək və bu prosesleri başladanların özləri haqqında proseslər başladılacaq. Bunun başqa yolu yoxdur, çünki “Ergenekon” əməliyyatında dünya tatixində rast gəlinməyən şeylər yaşandı: şəxslər əvvəlcə polis nəzarətinə alınır, sonra isə onlar barədə dəlil-sübut toplanır. Mən “Ergenekon” prosesində hər şeyin tərsinə dönəcəyinə inanıram.
- Erməni məsələsinə də toxundunuz. Xarici işlər naziri Əli Babacan deyir ki, İrəvanla anlaşmağa yaxınıq. Ermənistanlı həmkarı isə bildirir ki, Türkiyəyə qarşı şərtlərimizdən qətiyyən geri addım atmarıq. Sizcə, Türkiyə hökuməti nə etmək istəyir?
- Türkiyə qonşularla sıfır xətalı münasibətlər qurmaq istəyir ki, bunun da baş tutması mümkün deyil. Çünki dünyada “sıfır xətalı xarici siyasət” adlı bir şey yoxdur. Keçən il Amerikadakı bir universitetdə şərəf qonağı kimi çıxış edərkən dedim ki, niyə hadisələri 1915-ci ilə indeksləyirsiniz, biz ki erməniləri 1884-cu ildən “kəsib-doğramağa” başlamışıq? Niyə onlar öz iddialarını 1915-dən başlayırlar? Əgər soyqırımdan söhbət gedirsə, biz bunu daha əvvəldən “etmişik”. Keçən il Kaliforniyadan ermənilərin işləri ilə məşğul olan vəkillər buraya gəlib mənimlə də görüşdülər. Dedilər ki, ermənilərə bir az təzminat ödəyin, iş bitsin. 50-60 milyard dollar təzminat istəyirlər, oradan 15% pay almağı düşünürlər. Qarabağ məsələsi və ermənilərin Azərbaycanda öldürdüyü insanlar Türkiyəyə qəbul etdirilməyə çalışılan qondarma “soyqırım” məsələsindən daha ciddidir. Mən bu işlə cox yaxından məşğulam. Fikir verin, bizim erməniləri soyqırıma məruz qoyduğumuza dair dünyanın heç bir tarix qurumu açıqlama verməyib indiyə qədər. Amerikalı senatorlara dedim ki, siz seçilmiş insanlar olaraq niyə ermənilərin təzyiqi altında qalırsınız? Xalqın səsiylə seçilən insanlar niyə erməni lobbisinin təzyiqinə davam gətirmir? AKP-nin məqsədi daim hadisələri, problemləri soyutmaq istiqamətindədir. Onlar öz ticarət işlərinə baxırlar. AKP üçün əsas məsələ türk birliyi yox, islam birliyidir. Terror təşkilatı və erməni məsələsində AKP-nin siyasəti yanlışdır. Türkiyə mediasında indi AKP-ni dəstəkləyənlər gələcəkdə bunun neqativ tərəflərini görəcəklər.
- Qarabağ məsələsinin Türkiyə üçün önəmindən danışdınız. 17 ildir ki, ATƏT-in Minsk Qrupu “sülh müzakirələri” aparır. Ancaq irəliləyiş yoxdur.
- Bu iş o şəkildə irəliyə getməz. Obama dönəmində Hindistan Amerikadan çox böyük dəstək görəcək. Qorxuram ki, gələcəkdə İrandakı azərbaycanlıları Tehran rejiminə qarşı qaldırmaq üçün cəhdlər edilsin. İranın böyük bir qismi türk olduğuna görə onlar diqqətli olmalıdırlar. Azərbaycanlı qardaşlarımız soyuqqanlı davranmalıdır. Türkiyə-Azərbaycan münasibətləri isə dövlətdən dövlətə qurulan münasibətlərdir. İki qardaş ölkə arasındakı münasibətlərin hökumətlərə aidiyyəti yoxdur. Bu gün AKP var, sabah başqa hökumət gələcək. Bizim qardaşlığımız isə əbədidir.
Avropa
Kiyevdə poçt terminalında bağlama partlayıb, ölən və yaralananlar var - YENİLƏNİB
AEBA Zaporojye AES-ə gedən elektrik xəttinin təmiri üçün lokal atəşkəsə nail olub
Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib
Azərbaycan BMT-də Gürcüstanla bağlı qətnaməni növbəti dəfə dəstəkləyib
Xəbər Lenti
Ağdam Sosial Xidmət Mərkəzində 100-dən çox şəxs qayğı ilə əhatə olunub
Quterreş 1,5°C-dən çox temperatur həddinin aşılması ilə bağlı xəbərdarlıq edib
Prezident İlham Əliyev Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb - YENİLƏNİB
BMT rəsmisi Azərbaycanın iqlim sahəsində töhfələrini yüksək qiymətləndirib
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək
Overçuk Aİ-nin Ermənistana 50 milyon avroluq yardımının heç nəyi həll etməyəcəyini bildirib
İcraçı direktor: Xəzər dənizinin səviyyəsinin azalması kimi problemlər yaşanır
Nazir: Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır
Gələn il Serbiya Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
Nazir: Xəzər dənizinin səviyyəsinin azalmasını beynəlxalq gündəliyə çıxarmağa çalışırıq
Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzinin xidmət səviyyəsi 92 faizi keçib
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir
Nazir: 2030-cu ilə qədər bərpaolunan enerjinin payının 30 %-ə çatıdırlması hədəflənib
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib
Dövlət Agentliyi "Azərişıq" barəsində iş qaldırıb, icrası məcburi göstəriş verib
Azərbaycanda işsizlikdən sığorta üzrə daxilolmalar 100 mln. manatı ötüb
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
Bu il dövlət büdcəsinə 8 mlrd. manata yaxın vergi daxil olub
Kiyevdə poçt terminalında bağlama partlayıb, ölən və yaralananlar var - YENİLƏNİB
Heydər Əliyev Mərkəzində Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbir keçirilir
Bəzi yerlərdə şimşək çaxıb, dolu düşüb - FAKTİKİ HAVA
Dövlət büdcəsindən 5 ayda vətəndaşlara və biznesə 122 mln. manat geri qaytarılıb
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq
Qanunsuz saxlanılan silahlar aşkar olunub
Dövlət Agentliyinin beynəlxalq sertifikatı yenilənib
Bakıda Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti keçiriləcək
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk iclası başlayıb
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
Gürcü nazir müavini: Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında əlaqələri daha da dərinləşdirəcək
Dünya Bankı: Ötən ay Avropa və ABŞ-da təbii qaz bahalaşıb
Dünya Bankı may ayı üzrə neftin orta qiymətləri üzrə göstəriciləri açıqlayıb
AEBA Zaporojye AES-ə gedən elektrik xəttinin təmiri üçün lokal atəşkəsə nail olub
Gabala Hospitality Group və Orlov Banya Qəbələdə ilk premium SPA və sağlamlıq konseptinin yaradılması üçün əməkdaşlığa başlayır - FOTO - VİDEO
Qubada “Türk Dövlətləri Təşkilatı Modeli 2026” beynəlxalq gənclər düşərgəsi keçirilib
Prezident İlham Əliyev Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik edib
Rusiyada yol qəzasında 5 nəfər ölüb, 5 nəfər yaralanıb
Azərbaycan nefti 100 dollardan yuxarı səviyyədə ticarət olunur
Qəbul imtahanı üzrə indiyə qədər 28 minə yaxın abituriyent qeydiyyatdan keçib
Bu günün valyuta məzənnələri
Göyçayda 9 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Qızıl və gümüş yenidən ucuzlaşıb
Dünya bazarlarında neftin qiyməti artıb
"NYMEX" əmtəə birjasında təbii qaz bahalaşıb
Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 63 min dollardan aşağı enib
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri