Bank Of Baku

BMT Beynəlxalq Məhkəməsinə yeni sədr seçilib

BMT Beynəlxalq Məhkəməsinə yeni sədr seçilib
# 07 fevral 2009 07:16 (UTC +04:00)
APA-nın məlumatına görə, 76 yaşlı Ovada bu postda britaniyalı hakim Rozalin Hiqqinsi əvəzləyəcək. Dünən keçirilən gizli səsvermə yolu ilə slovakiyalı hakim, 52 yaşlı Peter Tomka BMT Beynəlxalq Məhkəməsi sədrinin müavini seçilib. Qeyd edək ki, bu qurumun rəhbərliyi hər üç ildən bir gizli səsvermə yolu ilə dəyişir. Səsvermədə BMT Beynəlxalq Məhkəməsinin 15 hakimi iştirak edir. Xisasi Ovada 2003-cü ildən bu məhkəmənin hakimidir. O, həmçinin 2001-ci ildən Daimi Beynəlxalq Arbitraj Məhkəməsinin də üzvüdür. 1994-1998-ci illərdə Yaponiyanın BMT-dəki daimi nümayəndəliyinə rəhbərlik etmiş Ovada Harvard Universitetinin hüquq fakültəsini bitirib. BMT Beynəlxalq Məhkəməsi dövlətlər arasında hüquqi mübahisələri həll edir, BMT Baş Assambleyası və yaxud BMT Təhlükəsizlik Şurasının sorğuları əsasında qətnamə çıxarır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR