Bank Of Baku

Əli Babacan: “ Ermənistanla Azərbaycan və Türkiyənin münasibətlərini normallaşdıra bilsək, bölgədə vəziyyət çox dəyişəcək”

Əli Babacan: “ Ermənistanla Azərbaycan və Türkiyənin münasibətlərini normallaşdıra bilsək, bölgədə vəziyyət çox dəyişəcək”
# 08 fevral 2009 09:51 (UTC +04:00)
Bu dəyişikliyə nail olsaq, bu, bütün tərəflər üçün avantajlı olacaq. Əsas odur ki, indilik bir-birimizə söyləmək istədiklərimizi bağlı qapılar arxasında söyləyək və sadəcə, açıqlamaq istədiyimiz məsələləri açıqlayaq”. APA-nın Avropa bürosunun məlumatına görə, bunu NATO və Avropa Birliyinin Münhendəki toplantısı çərçivəsində keçirilən “Balkanlar və Qafqaz ölkələri” mövzulu paneldə Türkiyə xarici işlər naziri Əli Babacan bir alman millət vəkilinin “Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması üçün nə etmək lazımdır” sualına cavab olaraq bildirib.
Babacan deyib ki, onun ölkəsi Balkanlarda və Qafqaz regionunda sülhün bərqərar olması üçün gərgin diplomatik iş aparır. Türkiyəli diplomat bildirib ki, fərqli din və mədəniyyətlərə malik olan Balkanlarda insanları birləşdirəcək ortaq dəyər və ideallara ehtiyac var: “ NATO ilə Avropa Birliyi bunu birlikdə bacara bilər”.
Ə. Babacan Türkiyənin Qafqaz regionunda münaqişələrin dialoq yolu ilə həll olunması üçün çalışdıqlarını da deyib. O, Azərbaycan və Ermənistan arasındakı danışıqların müsbət nəticələnməsinin arzuladıqlarını ifadə edib.
Paneldə iştirak edən Ermənistan prezidenti Serj Sarkisyan da keçən il Türkiyə prezidenti Abdulla Güllə görüşdüklərini, daha sonra isə xarici işlər nazirlərinin bu görüşləri davam etdirdiklərini deyib: “Əgər danışıqlar belə intensiv davam etsə, bu ilin ikinci yarısında çox fərqli əlaqələr qura bilərik”.
S. Sarkisyan deyib ki, “bölgədə cəsur qərarlar almağa hazır olanların varlığı” onu gələcəyə ümidləndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR