Bank Of Baku

122 metrlik zirvədən yıxılan alpinist sağ qalıb

122 metrlik zirvədən yıxılan alpinist sağ qalıb
# 09 fevral 2009 09:38 (UTC +04:00)
London-APA. Londonda 122 metr hündürlükdəki zirvədən yıxılan alpinist sağ qalıb. APA-nın məlumatına görə, hadisə Britaniyanın Göllər Diyarı qoruğundakı Netermost yarğanında baş verib. Zirvəyə qalxan alpinist sürüşərək yarğana yuvarlansa da, çoxlu sayda ciddi xəsarətlər almasına rəğmən sağ qalıb. Xilasetmə briqadaları alpinisti vertolyotun köməyi ilə yarğandan çıxarmağı bacarıblar. Hazırda Karlayl şəhər xəstəxanasına yerləşdirilən alpinistin durumu barədə məlumat verilmir. Xilasetmə briqadasının rəhbəri alpinistin yıxıldıqdan sonra təhlükəsiz əraziyə kimi sürünərək hərəkət etdiyini, daha sonra isə aldığı zədələr ucbatından orada qaldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR