Bank Of Baku

NATO tərcüməçisi 3 il müddətinə azadlıqdan məhrum edilib

NATO tərcüməçisi 3 il müddətinə azadlıqdan məhrum edilib
# 10 fevral 2009 15:57 (UTC +04:00)
Münhen-APA. Münhen məhkəməsi NATO tərcüməçisi, Almaniya vətəndaşı olan qadını alban narkotik alverçilərinə yardım göstərdiyinə görə 3 il müddətinə azadlıqdan məhrum edib. APA-nın məlumatına görə, qadın 2008-ci ildə alban narkotik alverçilərini izləyən Münhen polisinə yardım edib. Onun əsas vəzifəsi narkotik maddələr alveri ilə məşğul olan albanların telefon danışıqlarını alman dilinə tərcümə etmək olub. Danışıqlar barədə cinayətkar dəstənin rəhbərinə məlumat verən tərcüməçi həbs olunacaq şəxslərin aradan çıxmasına köməklik göstərmiş olub. Cinayətin motivləri açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR