Bank Of Baku

Avropa İttifaqının mayın 7-də Praqada keçiriləcək enerji sammitində “Nabucco” layihəsi müzakirə olunacaq

Avropa İttifaqının mayın 7-də Praqada keçiriləcək enerji sammitində “Nabucco” layihəsi müzakirə olunacaq
# 10 fevral 2009 16:17 (UTC +04:00)
Strasburq-APA. Mayın 7-də Avropa İttifaqının enerji sammitində “Nabucco” layihəsi ilə bağlı müzakirələr aparılacaq. APA-nın məlumatına görə, bu barədə Avropa İttifaqının energetika komissarı Andris Pibalqs məlumat verib. Onun sözlərinə görə, Avropa İttifaqı dəyəri 7,9 milyard dollar olan və Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya ərazisindən keçəcək qaz kəməri layihəsini tam dəstəkləyir. Sammitin nə zaman keçiriləcəyi məlum deyil, lakin Pibalqs sammitin mayın 7-də Avropa İttifaqına sədrlik edən Çexiyada keçiriləcəyini bildirib: “Rusiya ilə münasibətlərimiz hərdən yaxşı, hərdən pis olur. Amma son böhran Avropa ölkələrinin enerji kəmərlərinin təhlükəsizliyi məsələsinə münasibətini dəyişib. Bu o deməkdir ki, biz daha güclü olmalı, bu kimi böhranları dəf eləmək üçün tədbirlər görməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR