Bank Of Baku

Turqut Özalın oğlu İstanbul bələdiyyəsinin sədrliyinə namizəd olacaq

Turqut Özalın oğlu İstanbul bələdiyyəsinin sədrliyinə namizəd olacaq
# 11 fevral 2009 13:44 (UTC +04:00)
Ankara – APA. Türkiyənin mərhum prezidenti Turqut Özalın oğlu Əhməd Özal İstanbul bələdiyyəsinin sədrliyinə namizəd olacaq. APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, T. Özal tərəfindən qurulan Ana Vətən Partiyası ölkənin ən böyük şəhərinin bələdiyyə sədri vəzifəsinə Ə. Özalın namizədliyini irəli sürmək qərarına gəlib. Qərar fevralın 14-də rəsmən açıqlanacaq.

Qeyd edək ki, T. Özalın böyük oğlu olan Ə. Özal 1955-ci ildə Ankarada dünyaya gəlib və ABŞ-ın Şimali Karolina Universitetində təhsil alıb. Türkiyədə bələdiyyə seçkiləri martın 29-da keçiriləcək. İstanbuldakı yarışın favoritləri mövcud bələdiyyə sədri, hakim partiyanın üzvü Qədir Topbaş və Cümhuriyyət Xalq Partiyasının namizədi Kamal Kılıçdaroğludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR