Bank Of Baku

ATƏT Daimi Şurası Gürcüstandakı müşahidə missiyasının müddətini artırıb

ATƏT Daimi Şurası Gürcüstandakı müşahidə missiyasının müddətini artırıb
# 12 fevral 2009 13:05 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. ATƏT Daimi Şurası Gürcüstandakı müşahidə missiyasının müddətini iyunun 30-dək artırmaq barədə qərar qəbul edib. APA-nın ATƏT-in rəsmi saytına istinadən yaydığı məlumata görə, ATƏT sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis bu qərarı alqışlayıb: “ATƏT müşahidəçilərinin mandatının uzadılması o deməkdir ki, bütün dövlətlər ATƏT-in regionda stabilliyin təmin olunması işində önəmli rol oynadığını dərk edirlər”. Qeyd edək ki, Gürcüstanda ATƏT missiyasının mandatı ötən il dekabrın 31-də başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR