Bank Of Baku

Türkiyə hakim partiyasının mərkəzi ofisində qan tökülüb

Türkiyə hakim partiyasının mərkəzi ofisində qan tökülüb
# 12 fevral 2009 13:55 (UTC +04:00)
Ankara – APA. Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradakı mərkəzi binasında insident baş verib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, partiyanın seçki qərargahında Ağrı rayon bələdiyyəsinin üzvlüyünə namizədlər müəyyənləşdirilərkən narazılıq yaranıb. Partiyanın Ağrıdan seçilmiş millət vəkillərinin də iştirak etdiyi toplantıda hazırda bölgə bələdiyyəsinin üzü olan Mustafa Taşdəmir adlı AKP fəalı namizədlər siyahısındakı yerini bəyənməyib və adının niyə ilk sıraya yazılmadığını soruşub. Nəticədə M. Taşdəmirlə millət vəkilləri arasında mübahisə yaranıb. Toplantı yekunlaşdıqdan sonra onlar 4-cü mərtəbədə yerləşən otaqdan çıxaraq liftə doğru gediblər. Bu zaman tərəflər arasına yenidən mübahisə baş verib. M. Taşdəmir aralarında bir qadının da olduğu millət vəkillərini təhqir edib. Bundan sonra kişi deputatlar onun üzərinə atılaraq yumruqlamağa başlayıblar. Burnuna yumruq zərbəsi dəyən M. Taşdəmirin burnu qanayıb. Digər partiya üzvləri müdaxilə edərək dalaşanları ayırıblar. Partiya rəhbərliyi olayın mətbuata çıxmasını əngəlləmək üçün binaya girişləri müvəqqəti dayandırıb və döşəmədəki qan təmizlənib. M. Taşdəmirə qarşı intizam tədbiri görüləcək.

Xatırladaq ki, martın 29-da Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR