Bank Of Baku

Avropa Parlamentinin binasındakı bank qarət olunub

Avropa Parlamentinin binasındakı bank qarət olunub
# 13 fevral 2009 08:25 (UTC +04:00)
Brüssel – APA. Avropa Parlamentinin Brüsseldə yerləşən binasındakı bank şöbəsi naməlum şəxs tərəfindən qarət olunub. APA-nın “EUobsorver”ə istinadən verdiyi məlumata görə, fevralın 12-də saat 16.00 radələrində başında parik olan üzü makiyajlı bir şəxs bank şöbəsinə daxil olub və tapançaya oxşar əşya ilə işçiləri hədələyərək pul tələb edib. Bankın işçiləri qorxaraq kassadakı pulları ona veriblər. Bundan sonra oğru yoxa çıxıb. Hadisədən bir qədər sonra qarətçinin istifadə etdiyi çanta tapılsa da, onun içi boş olub. Bankdan nə qədər pulun oğurlandığı açıqlanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR