“Ergenekon”la bağlı polisə ifadə verən Tuncay Güneyin işgəncələrə məruz qaldığı təsdiqlənib
08 aprel 2009 09:27 (UTC +04:00)
İstanbul – APA. Türkiyənin əsas kəşfiyyat qurumu – Milli İstihbarat Təşkilatı (MİT) Tuncay Güney adlı şəxsin 8 il əvvəl İstanbul polisinə verdiyi ifadələrin audioyazısını məhkəməyə göndərib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmənin müraciəti əsasında göndərilən montajsız audioyazıdan məlum olub ki, üç polis məmuru tərəfindən aparılan sorğu-sual zamanı T. Güney işgəncəyə məruz qalıb. Məsələn, o, polisin general Vəli Kiçik haqqında sualına “bilmirəm” cavabı verdikdən sonra təhqir, hədə-qorxu, təzyiq və işgəncələrlə üzləşir. T. Güneyin işgəncəyə məruz qalması ekspert rəyi ilə də təsdiqlənib. Maraqlıdır ki, T. Güneyin MİT-in göndərdiyi audioyazıdakı ifadələri daha əvvəl polisin prokurorluğa təqdim etdiyi və cinayət işinin materialları içində yer alan 130 səhifəlik ifadə mətnində yoxdur. Məhkəmə 8 il əvvəl T. Güneyi dindirən polislər haqında prokurorluğa şikayət edib.
Qeyd edək ki, hazırda Kanadada yaşayan və özünü yəhudi din adamı elan edən T. Güney vaxtilə “Samanyolu” televiziyasında çalışıb. Onun 8 il əvvəl polisə verdiyi ifadələr, daha doğrusu, bu ifadələrin bir hissəsi bu gün “Ergenekon” işinin əsasını təşkil edir. Əlavə edək ki, həm Türkiyə qanunvericiliyi, həm də beynəlxalq normalara əsasən işgəncə altında alınan ifadələr qeyri-qanunidir.

Avropa
Madriddə doqquzuncu dəfə "Ölməz alay" aksiyası keçirilib
04:56
6 may 2024
Berlində “Diehl” müdafiə konserninin binasında baş verən yanğın 3 gündür davam edir
03:45
6 may 2024
Almaniya Ukraynaya artilleriya mərmiləri verəcək
03:15
6 may 2024
Almaniyada futbol matçı zamanı iğtişaş baş verib, 155 polis xəsarət alıb
20:58
5 may 2024