Bank Of Baku

Cümhuriyyət Xalq Partiyası Ərdoğana rədd cavabı verib

Cümhuriyyət Xalq Partiyası Ərdoğana rədd cavabı verib
# 08 sentyabr 2009 14:56 (UTC +04:00)
Bakı – APA. Baş nazir Rəcəb Tayyib Ərdoğanın kürd məsələsi ilə bağlı ana müxalifət lideri Dəniz Baykalla görüşmək niyyəti Cümhuriyyət Xalq Partiyasında isti qarşılanmayıb. APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Cümhuriyyət Xalq Partiyasının parlament fraksiyasının həmsədri Hakkı Süha Okay ortada konkret plan, proyekt olmadan belə bir görüşə qarşı olduqlarını daha əvvəl də bəyan etdiklərini xatırladıb: “İqtidarın proyekti, düşüncəsi, yol xəritəsi varsa və bunu ictimaiyyətə açıqlayacaqsa, görüşmək olar. Ancaq hökumətin atdığı addımlara nəzər yetirdikdə görmək olur ki, bu “açılım” sanki İmralıdakını xilas etmək və onu tərəf-müqabil kimi qəbul etmək proyektinə çevrilib. Cümhuriyyət Xalq Partiyası belə bir proyektin iştirakçısı olmayacağını çox konkret ifadə edib. Əgər iqtidarın bir layihəsi varsa, bəlkə görüş ola bilər, amma bugünkü şərtlərdə belə bir görüş mümkün deyil”.

H. S. Okay AKP-nin yol yoldaşı olmayacaqlarını, hansı limana gedəcəyi bəlli olmayan bir gəmiyə minməyəcəklərini daha öncə də söylədiklərini qeyd edib: “Bu mövqeyimizdə hər hansı dəyişiklik olmayıb”.

H. S. Okay kürd məsələsi ilə bağlı parlamentin qapalı toplantısının keçirilməsi barədə AKP-nin təklifinə qarşı olduqlarını da açıqlayıb: “Bir tərəfdən “biz yalnız millətə hesabat veririk” deyirsiniz, digər tərəfdən də Məclisdə qapalı toplantı keçirmək istəyirsiniz. Millətdən nəyi gizlədirsiniz? Təqdim edəcəyiniz layihə millətin qəbul etməyəcəyi layihədirmi ki, bunu gizlətmək istəyirsiniz? Millətdən bəzi şeyləri gizlədib, millətin vəkillərinə bəzi şeylər söyləmək istəyirsiniz və bunu ictimaiyyətin bilməsinə imkan vermirsiniz. Deməli, hansısa pis niyyətiniz var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR