Bank Of Baku

PKK terrorçuları ilə döyüşdə 7 türk əsgəri şəhid olub

PKK terrorçuları ilə döyüşdə 7 türk əsgəri şəhid olub
# 09 sentyabr 2009 07:32 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, sentyabrın 8-də axşam Siirtin Çırav dağlarında əməliyyat-axtarış tədbirləri həyata keçirən təhlükəsizlik qüvvələri bir qrup terrorçu ilə qarşılaşıb. Əsgərlərin “təslim olun” tələbinə PKK-çılar atəşlə cavab veriblər. Nəticədə 5 əsgər şəhid olub, 3 əsgər yaralanıb. Əraziyə hərbi vertolyotlar və əlavə canlı qüvvə göndərilib. PKK terrorçularından 6-sı məhv edilib. Yaralı əsgərlərdən 1-i sonradan keçinib və şəhidlərin sayı da 6-ya yüksəlib.

Hakkarinin Çukurca qəsəbəsi ərazisində - İraqla sərhəddəki Kazan vadisində də terrorçularla atışma baş verib. Atışmada 1 əsgər şəhid olub. Ərazidə əməliyyatlar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR