Bank Of Baku

Ermənistan Daxili İşlər Nazirliyi: “Cem Qaripoğlu Ermənistanda deyil, olsa da, onu Türkiyəyə təhvil verə bilmərik”

Ermənistan Daxili İşlər Nazirliyi: “Cem Qaripoğlu Ermənistanda deyil, olsa da, onu Türkiyəyə təhvil verə bilmərik”
# 09 sentyabr 2009 07:52 (UTC +04:00)
İrəvan-APA. Ermənistan Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidməti Türkiyənin qırmızı bülletenlə, İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi, Münəvvər Qarabulud cinayətini törətməkdə şübhəli bilinən Cem Qaripoğlunun Ermənistanda olmadığını bəyan edib. APA-nın “Hürriyyət”ə istinadən yaydığı məlumata görə, bu ölkənin hüquq-mühafizə orqanları Qaripoğlunun Ermənistanda olması və sentyabrın 25-də İrəvanda ədalətə təslim olacağı barədə məlumatlarının olmadığını deyiblər. Bundan başqa DİN rəsmiləri bildirib ki, Cem Qaripoğlu hətta Ermənistanda olsa belə, onun Türkiyəyə təhvil verilməsi çox çətin proseduradır: “Türkiyə ilə aramızda hər hansı rəsmi münasibət olmadığına görə kimsə saxlansa belə, onu hansı yolla təhvil verəcəyimizi məlum deyil”. Ermənistan Milli Təhlükəsizlik Xidməti də Cem Qaripoğlunun bu ölkədə gizlənməsinə dair xəbərləri təkzib edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR