Bank Of Baku

İstanbulu sel basıb, azı 16 nəfər ölüb – YENİLƏNİB FOTOSESSİYA

İstanbulu sel basıb, azı 16 nəfər ölüb – <font color=red> YENİLƏNİB  FOTOSESSİYA</font>
# 09 sentyabr 2009 11:01 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, təkcə yarım saat ərzində 1 illik normadan artıq yağış yağıb. Şəhərin Silivri, Başakşəhər, Çatalca, Eyyub, Əsənlər, Bağçalıevlər, Bağçılar, Böyükçəkməcə, Sultanqazi, Qaziosmanpaşa rayonları və İkitelli, Halkalı, Səlimpaşa, Arnavutköy, Günəşli səmtlərində minlərlə ev, ofis, müəssisə, həmçinin avtomobil yolları su altında qalıb, bəzi körpülər çöküb. Sel suları bəzi ev və fabriklərin 3-cü mərtəbəsinə qədər qalxıb. Seldən canını qurtarmağa çalışan insanlar ağaclara çıxıblar. Evlərindən bayıra çıxa bilməyən insanlar hakimiyyət orqanlarından kömək istəyiblər. Şəhər rəhbərliyi geniş miqyaslı axtarış-xilasetmə tədbirlərinə başlayıb. İkitellidə sel sularının ortasında qalmış avtomobillərdə olan 50 nəfər, Silivridə 670, Çatalcada isə 314 nəfər xilas edilib. Axtarış-xilasetmə tədbirlərində traktorlar, qayıqlar və vertolyotlardan istifadə olunur.

Halkalıdakı tekstil atelyesində çalışan 10 qadını iş yerinə aparan mikroavtobusu sel suları basıb. Avtobusdakı 3 qadın xilas edilsə də, digər 7 qadın boğularaq ölüb. İndiyədək ümumilikdə 16 nəfərin meyiti tapılıb. Ölənlərin sayının artacağı gözlənilir. Yağışların 3 gün davam edəcəyi bildirilir.

Xatırladaq ki, sentyabrın 8-də İstanbul yaxınlığındakı Tekirdağ rayonunda baş verən sel fəlakəti 9 nəfərin ölümünə səbəb olmuşdu.

Qeyd: Fotolar “Milliyet” qəzetinin saytından götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR