Bank Of Baku

Dəniz Baykal: ”Ərdoğanın başında hansı tülkülərin dolaşdığını bilmədən onunla görüşə bilmərəm”

Dəniz Baykal: ”Ərdoğanın başında hansı tülkülərin dolaşdığını bilmədən onunla görüşə bilmərəm”
# 09 sentyabr 2009 13:00 (UTC +04:00)
Bakı – APA. Türkiyənin ana müxalifət lideri Dəniz Baykal kürd məsələsi ilə bağlı parlamentin qapalı toplantısının keçirilməsi barədə hökumətin təklifinin əleyhinə çıxıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, D. Baykal bildirib ki, Cümhuriyyət Xalq Partiyası hökumətin xalqdan nəyisə gizlətməsinə yardımçı olmayacaq: “Bu toplantı kimdən gizli olacaq? PKK-dan, İmralıdan, Qəndildən? Xeyr, millətdən gizli olacaq. Çünki məqsəd milləti aldatmaqdır. Bu gizli toplantını qəbul etmirik. Baş nazir nəyi planlaşdırırsa, çıxsın söyləsin, millətə desin. Biz millətə tələ qurulmasına alət olmarıq”.

D. Baykal baş nazir Rəcəb Tayyib Ərdoğanın yanlış və çox təhlükəli bir istiqamətdə irəlilədiyini vurğulayıb: “Bu, Türkiyəyə çox ciddi zərər verməyə başlayıb. Başlayacaq demirəm, artıq başlayıb. Terror siyasiləşib. Terrorçular tərəf-müqabil kimi qəbul olunub. Bir tərəfdən 7 şəhid veririk, digər tərəfdən isə hökumət terroru həyata keçirənlərlə razılığa gəlmək üçün çalışır – özü də gizli şəkildə. Belə maskarad olmaz. Biz CHP olaraq bu gedişata daxil olmayacağıq. Bunun qarşısını almaq üçün həqiqətləri millətimizə çatdıracağıq. Türkiyəyə zərər verən yolda baş nazirin yol yoldaşı olmayacağıq”.

D. Baykal ötən ay PKK lideri Abdulla Öcalanın kürd məsələsi ilə bağlı “yol xəritəsi” hazırladığını və bu mətnin hökumətin əlində olduğunu söyləyib: “Həftələrdir o mətn hökumətin əlindədir. Nə oldu? Niyə məzmununu elan etmirlər? Nə istəyir o adam? Niyə söyləmirsiniz və millətdən gizlədirsiniz? Siz kiminlə nəyi müzakirə edirsiniz, biz bunu görməli deyilikmi? Baş nazir deyir ki, mütləq Baykalla, CHP ilə görüşəcəyəm. Sən Öcalanın nə tələb etdiyini bizdən, millətdən gizlədirsən. Sənin beynində hansı tülkülər dolaşır, kiminlə hansı alveri edirsən, sənin tərəf-müqabilin səndən nə istədi? Bunları bilmədən səninlə necə danışım? Sənin məqsədin beynindəki modelə hər kəsi uyğunlaşdırmaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR