Bank Of Baku

İki gün ərzində 10 türk əsgəri şəhid olub

İki gün ərzində 10 türk əsgəri şəhid olub
# 09 sentyabr 2009 14:23 (UTC +04:00)
APA-nın “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, Vanın Albayraq kəndi ərazisində əməliyyat-axtarış tədbirləri həyata keçirən əsgərlərin minaya düşməsi nəticəsində 2 əsgər şəhid olub, 7-si yaralanıb. Yaralılar Vandakı xəstəxanalara çatdırılıb.

Qeyd edək ki, sentyabrın 8-də axşam Siirt rayonunun dağlıq ərazisində PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasındakı toqquşmada 5 əsgər şəhid olmuş, yaralı əsgərlərdən 2-si daha sonra keçinmişdi. Daha bir əsgər isə Hakkari rayonunda həlak olmuşdu. Beləliklə, 2 gün ərzində şəhid olan türk əsgərlərinin sayı 10-a çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR