Bank Of Baku

Konyada iki zəlzələ baş verib, çoxlu sayda yaralanan var

Konyada iki zəlzələ baş verib, çoxlu sayda yaralanan var
# 11 sentyabr 2009 08:03 (UTC +04:00)
Konya-APA. Dünən Bakı vaxtı ilə 23.29 radələrində Konyada zəlzələ baş verib. APA-nın “Hurriyyət”ə istinadən yaydığı məlumata görə, Rixter şkalası ilə 4,5 baş gücündə olan zəlzələnin episentri şəhər mərkəzində 10 kilometr uzağa düşüb. Zəlzələ zamanı yeraltı təkanlardan qorxaraq özünü balkonlardan atan 35 nəfər yaralanıb. Xəstəxanalara zəlzələ təşvişindən əsəb sarsıntısı keçirən 70 nəfər müraciət edib. Hadisədən 6,5 saat sonra Konyada ikinci zəlzələ baş verib. 4,7 bal gücündə zəlzələ nəticəsində müxtəlif səbəblərdən xəsarət alan və əsəb sarsıntısı keçirən 100-dən artıq şəxs xəstəxanalara aparılıb. Yeraltı təkanlar ciddi dağıntılara səbəb olmayıb. Əhali gecəni küçələrdə keçirib, hakimiyyət orqanları vətəndaşların gecələməsi üçün həyətlərdə çadırlar qurublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR