Bank Of Baku

Münəvvər Karabuludun qətlində şübhəli bilinən Cem Kariboğlu Ermənistanda həbs edilib

Münəvvər Karabuludun qətlində şübhəli bilinən Cem Kariboğlu Ermənistanda həbs edilib
# 12 sentyabr 2009 07:22 (UTC +04:00)
APA-nın “Milliyyet” qəzetinə istinadən verdiyi məlumata görə, C. Kariboğlu Ermənistandan Rusiyaya qaçmaq istəyərkən yaxalanıb. Onu İstanbulun polis rəisi Hüseyn Çapqının qurduğu, Türkiyədən göndərilmiş xüsusi əməliyyat qrupu həbs edib. C. Kariboğlunun 2-3 günə Türkiyəyə gətiriləcəyi bildirilir.

Türkiyənin Ermənistanla diplomatik əlaqələri olmadığına görə, rəsmi Ankara C. Kariboğlunun gətirilməsi üçün Ermənistanla münasibətləri olan İran, Rusiya və Suriya ilə danışıqlar aparıb. Danışıqlar müsbət nəticələnəndən sonra C. Kariboğlunu gətirmək üçün Ermənistana heyət göndərilib.

Bu gün bu məsələ ilə bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, bir neçə gün əvvəl C. Kariboğlunun Ermənistanda gizləndiyi barədə məlumat yayılsa da, Ermənistan Daxili İşlər Nazirliyi bunu təkzib etmişdi.

Xatırladaq ki, C. Kariboğlunun evinə qonaq gedən M. Karabuludun cəsədi başı kəsilmiş vəziyyətdə Cemin evinin yaxınlığındakı zibil qutusunda aşkar edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR