Bank Of Baku

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Cənub Qafqaz respublikaları ilə əlaqələrin inkişafını müzakirə edəcəklər

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Cənub Qafqaz respublikaları ilə əlaqələrin inkişafını müzakirə edəcəklər
# 14 sentyabr 2009 07:53 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bu gün Brüsseldə Avropa Birliyinin ümumi məsələlər və xarici əlaqələr Şurasının iclası keçiriləcək. APA-nın AB mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, üzv ölkələrin xarici işlər nazirləri Cənubi Qafqaz ölkələri ilə əlaqələri müzakirə edəcəklər. “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan hər üç ölkə ilə gələcəkdə müxtəlif sazişlərin, o cümlədən azad ticarət anlaşmasının imzalanması nəzərdən keçiriləcək.

Nazirlər İranda keçirilmiş seçkilər və ölkədə insan haqlarının durumunu da müzakirəyə çıxaracaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR