Bank Of Baku

BMT məruzəçisi: “Avropa Birliyi ölkələrində yaşayan müsəlmanlar yüksək dərəcədə ayrı-seçkiliklə üzləşirlər”

BMT məruzəçisi: “Avropa Birliyi ölkələrində yaşayan müsəlmanlar yüksək dərəcədə ayrı-seçkiliklə üzləşirlər”
# 15 sentyabr 2009 07:49 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Avropa Birliyi ölkələrində yaşayan müsəlmanlar xüsusilə məşğulluq sahəsində yüksək dərəcədə ayrı-seçkiliklə üzləşirlər”. APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, bu barədə irqçiliyin müasir formaları, irqi ayrı-seçkilik, ksenofobiya və dözümsüzlük məsələləri üzrə xüsusi məruzəçi Gitu Muyqanın hesabatında deyilir. O, BMT İnsan Haqları Şurasının sentyabrın 14-də Cenevrədə başlayan 20-ci sessiyasının müzakirəsinə təqdim olunan məruzəsində Avropa və Qərbdə müsəlmanlara qarşı dözümsüzlüyün səviyyəsindən narahatlığını bildirib. Məruzəçi İnternetdə yerləşdirilmiş “Müsəlmanı öldür!” bilgisayar oyunu ilə bağlı İslam Konfransı Təşkilatının məlumatını diqqətə çatdırıb. G. Muyqan hesab edir ki, bu oyun irqi və dini mənsubiyyətə görə zorakılığa təhrik etməyin açıq nümunəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR