Bank Of Baku

Yukiya Amano Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru vəzifəsinə rəsmən təsdiqlənib

Yukiya Amano Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru vəzifəsinə rəsmən təsdiqlənib
# 15 sentyabr 2009 10:09 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin dünən işə başlayan 53-cü sessiyasında Yaponiyanın buru qurumdakı sabiq səfiri Yukiya Amano AEBA-nın baş direktoru vəzifəsinə rəsmən təsdiqlənib. APA-nın məlumatına görə, Yukiya Amano bu postda Məhəmməd əl-Baradeyi əvəzləyib. Sonuncu 1997-2009-cu illərdə AEBA-nın baş direktoru vəzifəsində çalışıb. Onun səlahiyyət müddəti bu noyabrın 30-da başa çatır. Yukiya Amano öz vəzifəsinin icrasına dekabrın 1-dən başlayacaq. Sessiyada çıxış edən yeni baş direktor bildirib ki, o atom enerjisindən yalnız dinc məqsədlər üçün istifadəyə dair səylərini əsirgəməyəcək. AEBA-nın 53-cü sessiyası sentyabrın 18-dək davam edəcək. Sessiyaya agentliyə üzv olan 100-dək ölkədən 1500-dən artıq nümayəndə qatılıb. Bu sessiyada Azərbaycanı AMEA prezidenti Mahmud Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR