Bank Of Baku

Litva parlamentinin spikeri istefaya göndərilib

Litva parlamentinin spikeri istefaya göndərilib
# 15 sentyabr 2009 15:33 (UTC +04:00)
Vilnüs-APA. Litva Seyminin bu gün keçirilən toplantısında spiker Arunas Valinskas istefaya göndərilib. APA-nın məlumatına görə, spikerin istefaya göndərilməsinə səbəb mətbuatda onun kriminalla əlaqələrinə dair məlumatların dərc edilməsi olub. Gizli keçirilən səsvermədə deputatların 95 faizi onun istefaya göndərilməsini dəstəkləyiblər. Qeyd edək ki, ötən ay mətbuatda spiker Valinskasın “Mixa” ləqəbli kaunaslı “qanuni oğru” Rolandas Mikalskislə bir masa arxasında şəkli dərc olunub. Media “Mixa”nı qarət və dələduzluqla məşğul olan “daktaraslar” qrupunun üzvü kimi təqdim edib. Spiker bu fotonu əvvəlki işi ilə əlaqələndirib. Deputat seçilməzdən əvvəl jurnalist və tok-şou aparıcısı kimi çalışan Arunas Valinskas bildirib ki, kriminal fəaliyyətlə heç bir əlaqəsi yoxdur. Spiker bununla bağlı hüquq-mühafizə orqanlarına sorğu göndərib və alınan cavabda Valinskasın kriminal aləmlə əlaqəsinin aşkarlanmadığı bildirilir. Bununla belə parlament spikerin istefaya göndərilməsində israr edib. Prezident spikerə könüllü istefa verməsini məsləhət görsə də, Valinskas bundan imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR