Bank Of Baku

Joze Manuel Barrozu yenidən Avropa Komissiyasının sədri seçilib

Joze Manuel Barrozu yenidən Avropa Komissiyasının sədri seçilib
# 16 sentyabr 2009 16:07 (UTC +04:00)
Qeyd edək ki, portuqaliyalı Barrozunun yenidən Avropa Komissiyasının sədri olacağı əvvəlcədən şübhə doğurmayıb. Birincisi, onun alternativi olmayıb. İkincisi, Barrozu səsverməyə qədər Avropa Birliyi ölkələrinin dəstəyini qazana bilib. Üçüncüsü, mühafizəkar Barrozunun namizədliyini Avropa Parlamentinə bu ilin iyununda keçirilmiş seçkidə qələbə qazanmış sağ partiyalar - xristian demokratlar dəstəkləyib. Nəticədə o, 382 nəfər lehinə, 219 nəfər əleyhinə olmaqla ikinci müddətə Avropa Komissiyasının sədri seçilib. Bu zaman 117 deputat bitərəf qalıb.

Barrozu Avropa Birliyinin iqtisadi böhrandan çıxması üçün əlindən gələni edəcəyini, maliyyə tənzimləməsi sistemində islahatlar aparacağını, iş yerlərini qorumağı vəd edib.
Qeyd edək ki, 2008-ci il fevralın 4-də Avropa Komissiyasının Azərbaycanda nümayəndəliyi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR